Bank Of Baku

Azərbaycan kubokunun Naxçıvanda keçiriləcək final oyununun püşkü atılıb

Azərbaycan kubokunun Naxçıvanda keçiriləcək final oyununun püşkü atılıb
# 03 may 2019 13:00 (UTC +04:00)

Azərbaycan kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib. 

ONA-nın məlumatına görə, Peşəkar Futbol Liqasında reallaşan püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.

Püşkün nəticələrinə əsasən, “Qəbələ” finalın nominal meydan sahibi elan olunub. 

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR