Bank Of Baku

Azərbaycan yığması Estoniya ilə heç-heçə edib

Azərbaycan yığması Estoniya ilə heç-heçə edib
# 06 aprel 2019 13:54 (UTC +04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

ONA-nın məlumatına görə, yığmamız yoldaşlıq görüşündə Estoniya millisi ilə qarşılaşıb.

Bakıda təlim-məşq toplanışında olan Baltikyanı ölkə təmsilçisi ilə matç “Dalğa Arena” stadionunda təşkil olunub. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.

Bu, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamızın Estoniya ilə ikinci matçı olub. Komandalar arasında üç gün öncə keçirilən oyunda Baltikyanı ölkə təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

Yoldaşlıq oyunu
6 aprel
12:00. Azərbaycan – Estoniya – 0:0

Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülyana Özcan
Dördüncü hakim: Yulya Qurbanova
Bakı. “Dalğa Arena”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR