Bank Of Baku

Azərbaycanın parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
# 30 mart 2019 10:25 (UTC +04:00)

Azərbaycan milli komandasının parakarateçisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib. 

ONA-nın məlumatına görə, dünya ikincisi olan təmsilçimiz gözdən zəif idmançılar arasında bu hüquqa yiyələnib. 

3 idmançıdan ibarət qrupda Moldova və Rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub. 30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq. 

3 dərəcə üzrə parakarateçilər arasında Avropa çempionatına 16 ölkədən 46 idmançı qatılıb. 

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Rafael Ağayev (75 kq) də finala yüksəlib. Həmçinin Asiman Qurbanlı (+84 kq) kişilərin, Nuranə Əliyeva (50 kq) qadınların kumite yarışında bürünc medal uğrunda mübarizə aparacaq. Roman Heydərov isə katada 3-cü olmaq şansını saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR