Bank Of Baku

Azərbaycanlı məşqçi Yaponiyada diplomla təltif olunub

Azərbaycanlı məşqçi Yaponiyada diplomla təltif olunub
# 28 mart 2019 16:11 (UTC +04:00)

Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib. 

ONA-nın məlumatına görə, dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər.

Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.

Seminarda ölkəmizi Rafael Şahverdiyev təmsil edib. Məşqçimizə Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu verilib.

R. Şahverdiyevə diplomu Yaponiya Cüdo Federasiyasının prezidenti Yamaşita Yasuhiro təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR