Bank Of Baku

“Çelsi”nin futbolçusu Avropa Liqasının ən yaxşısı seçilib

“Çelsi”nin futbolçusu Avropa Liqasının ən yaxşısı seçilib
# 15 mart 2019 22:37 (UTC +04:00)

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. ONA-nın məlumatına görə, bu ada İngiltərə “Çelsi”sinin futbolçusu Olivye Jiru yiyələnib.

1/8 final mərhələsinin Kiyev “Dinamo”su ilə səfərdəki cavab oyununda (5:0) üç qol vuran fransalı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib gəlib. Jiru digər namizədlərlə müqayisədə daha çox səs toplayıb.

O, Pyer-Emerik Obameyanq (“Arsenal”), Tomaş Souçek (“Slaviya”) və Jonası (“Benfika”) qabaqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR