Bank Of Baku

Çempionlar Liqasının növbəti mövsümü üçün yeni toplar hazırlanıb

Çempionlar Liqasının növbəti mövsümü üçün yeni toplar hazırlanıb
# 29 mart 2019 17:56 (UTC +04:00)

“Adidas” şirkəti Çempionlar Liqası üçün yeni top hazırlayıb.

ONA-nın məlumatına görə, 2019/20 mövsümündən istifadə olunacaq toplar xüsusi dizaynla hazırlanıb.

Qitənin ən nüfuzlu klub turnirində oynanılan topların bir rəngdən ibarət fonları rəngarəngi ilə əvəz olunub. Yeni məhsulun hazırlanmasında DÇ-2018-in topunun istehsalı zamanı tətbiq edilən texnologiyalardan da istifadə edilib.

Qeyd edək ki, Çempionlar Liqasının 2019/20 mövsümündə tətbiq olunacaq toplar avqust ayından satışda olacaq. Yeni topların qiyməti 150 avro təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR