Bank Of Baku

Daha bir Azərbaycan idmançısı Olimpiya medalından məhrum edilib

Daha bir Azərbaycan idmançısı Olimpiya medalından məhrum edilib
# 29 mart 2019 15:34 (UTC +04:00)

Azərbaycan millisinin ağırlıqqaldıranı Valentin Xristov Olimpiya medalından məhrum edilib. 

ONA-nın Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytına istinadən məlumatına görə, bolqarıstanlı legionerimiz 2012-ci ildə Londonda keçirilmiş yarışda qazandığı bürünc mükafatı təhvil verməli olacaq. 

Buna BOK-un verdiyi qərar səbəb olub. Qurum 56 kq çəki dərəcəsində 3-cü olan V.Xristovun qadağan olunmuş preparatlardan istifadə etdiyini açıqlayıb. Bildirilir ki, təmsilçimizin dopinq-testlərinin təkrar analizi müsbət nəticə verib. 

V. Xristovun bu qərardan İdman Arbitraj Məhkəməsi (CAS) və BOK-un İntizam Komissiyasına şikayət etmək hüququna malikdir. 

Qeyd edək ki, hazırda dopinqə görə cəzalı olan 25 yaşlı ağırlıqqaldıranımızdan öncə yunan-Roma güləşçisi Vitali Rəhimov da eyni aqibətlə üzləşib. O, Pekin-2008-də qazandığı gümüş medalı dopinq səbəbindən təhvil verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR