Bank Of Baku

“Fiorentina” baş məşqçisini istefaya göndərib

“Fiorentina” baş məşqçisini istefaya göndərib
# 09 aprel 2019 16:28 (UTC +04:00)

İtaliyanın “Fiorentina” klubunun baş məşqçisi Stefano Pioli istefaya göndərilib.

ONA-nın İtaliya mətbuatına istinadən məlumatına görə, 2017-ci ilin iyunundan Florensiya təmsilçisinə rəhbərlik edən mütəxəssis bu postda 22 ay çalışıb.

“Fiorentina” A seriyasında 10-cu pillədə qərarlaşıb. Lakin komanda 8 oyundur qələbə qazana bilmir. Hesabat turunda isə florensiyalılar evdə “Frozinone”yə uduzublar – 0:1.

Qeyd edək ki, baş məşqçinin istefaya göndərilməsindən sonra komanda Emiliano Biqikaya tapşırılıb. O, indiyədək klubun gənclərdən ibarət komandasına rəhbərlik edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR