Bank Of Baku

İngiltərə millisinin sabiq baş məşqçisi klubsuz qalıb

İngiltərə millisinin sabiq baş məşqçisi klubsuz qalıb
# 01 aprel 2019 17:43 (UTC +04:00)

İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklaren yenidən işsiz qalıb.

ONA-nın məlumatına görə, tanınmış mütəxəssis İngiltərənin “Kuins Park Reyncers” klubunun çalışdırıcısı postundan kənarlaşdırılıb.

2018-ci ilin mayında London təmsilçisi ilə 2 illik müqavilə imzalayan S.Maklaren bu müddəti yarılamağa müyəssər olmayıb. Onun yetirmələri Çempionşipdə uğursuz çıxış etdiyindən mütəxəssislə yollar ayrılıb.

KPR S.Maklarenin rəhbərliyi altında 16 qələbə qazanıb, 9 heç-heçə edib və 21 dəfə uduzub. Hazırda paytaxt təmsilçisi 17-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR