Bank Of Baku

İngiltərə Premyer Liqasının ən yaxşı legioneri müəyyənləşib

İngiltərə Premyer Liqasının ən yaxşı legioneri müəyyənləşib
# 24 mart 2019 15:18 (UTC +04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında tarixin ən yaxşı legioneri müəyyənləşib. ONA-nın məlumatına görə, “Arsenal” və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri səsvermənin qalibi olub.

O, respondentlərin səslərinin 45 faizini toplayıb. Digər fransalı – “Mançester Yunayted”də oynamış Erik Kantona ikinci yeri tutub. O, səslərin 12 faizini yığıb.

Üçüncü sırada isə Serxio Aquero qərarlaşıb. “Mançester Siti”nin argentinalı hücumçusuna respondentlərin 8 faizi səs verib.

Qeyd edək ki, Anri 1999-2007-ci illərdə çıxış etdiyi “Arsenal”da 258 oyunda 175 qol vurub. Komandası ilə iki dəfə İngiltərə çempionu olan hücumçu karyerasını başa vurduqdan sonra bir müddət London klubunun məşqçilər korpusunda yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR