Bank Of Baku

“Mançester Yunayted” Ole-Qunnar Sulşerlə yeni müqavilə imzalayıb

“Mançester Yunayted” Ole-Qunnar Sulşerlə yeni müqavilə imzalayıb
# 28 mart 2019 13:54 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunun yeni mövsümdən çalışdıracaq baş məşqçi müəyyənləşib.

ONA-nın məlumatına görə, Premyer Liqa klubu indiki çalışdırıcısı Ole-Qunnar Sulşerlə yeni müqavilə imzalayıb.

Norveçli mütəxəssislə üç illik anlaşma əldə olunub. 2018-ci ilin dekabrın bu vəzifədə portuqaliyalı Joze Mourinyonu əvəzləyən O.Q.Sulşer 2022-ci ilin yayına qədər “Mançester Yunayted”də rəhbərlik edəcək.

Qeyd edək ki, ilkin müqaviləsi cari mövsümün sonunadək olan baş məşqçinin rəhbərliyi altında Premyer Liqada 13 oyun keçirən mançesterlilər 32 xal toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR