Bank Of Baku

Azərbaycan qitə çempionatına 8 qadın güləşçi ilə qatılacaq

Azərbaycan qitə çempionatına 8 qadın güləşçi ilə qatılacaq
# 29 mart 2019 11:13 (UTC +04:00)

Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

ONA-nın məlumatına görə, yığmamız Avropa çempionatına 8 idmançı ilə yollanacaq.

Komandamızın heyətində Türkan Nəsirova (50 kq), Tatyana Varantsova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərovaa (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyevanın (75 kq) adları daxil edilib. Onlar Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək yarışda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 8-14-də keçiriləcək. Qadın güləşi yarışları isə ayın 10-12-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR