Bank Of Baku

Paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazanmaq şansını artırıb

Paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazanmaq şansını artırıb
# 24 mart 2019 15:36 (UTC +04:00)

Milli Paralimpiya Komitəsinin qılıncoynatma idman növü üzrə idmançısı Aytəkin Həsənova baş məşqçi Asəf Məlikovun rəhbərliyi altında Dünya Kubokunda iştirak edib. ONA-nın məlumatına görə, İtaliyanın Pisa şəhərində keçirilən Tokio-2020 Yay Paralimpiya Oyunlarına reytinq xalı verən yarış təmsilçimiz üçün uğurlu alınıb. 

Belə ki, A. Həsənova çıxış etdiyi hər 3 növdə 4 reytinq xalı qazanıb. O, bununla lisenziyaya yiyələnmək şansını da artırıb. 

Bu günə olan nəticələrə əsasən, idmançımız çıxış etdiyi 2 kateqoriyada 18-ci yer və digər 1 kateqoriyada isə 12-ci yerdə qərarlaşıb. 

Xatırladaq ki, 31 may 2020-ci ilədək reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR