Bank Of Baku

Pele xəstəxanadan buraxılıb

Pele xəstəxanadan buraxılıb
# 09 aprel 2019 09:15 (UTC +04:00)

Futbol kralı Pele xəstəxanadan buraxılıb.

ONA-nın məlumatına görə, aprelin 2-də hərarəti qalxdığı üçün tibb müəssisəsinə yerləşdirilən braziliyalı əfsanə 6 gün müalicə alıb. 

Fransaya gənc ulduz Killian Mbappe ilə görüş üçün gələn Pele Parisdə üzləşdiyi bu durumdan sonra yerli mütəxəssislər barədə yüksək fikirlərini gizlətməyib: “Fransada təkcə böyük futbolçular deyil, həm də gözəl həkimlər var”.

79 yaşlı cənubi amerikalı xəstəxanada olduğu müddətdə PSJ-nin şərəfini qoruyan həmyerlisi Neymar tərəfindən də ziyarət olunub.

Qeyd edək Ki, Pele üçqat dünya çempionu olan yeganə futbolçudur.  O, 1958, 1962 və 1970-ci illərdə mundialın qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR