Bank Of Baku

Ramil Quliyev Dohada birinci olub və Tokio-2020-yə lisenziya qazanıb

Ramil Quliyev Dohada birinci olub və Tokio-2020-yə lisenziya qazanıb
# 04 may 2019 12:38 (UTC +04:00)

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev növbəti uğuruna imza atıb.

ONA-nın məlumatına görə, dünya və Avropa çempionu Qətərin Doha şəhərində keçirilən “Brilyant Liqa” yarışında fərqlənib.

O, 200 m məsafəni 19,99 saniyəyə qət edib. Bu nəticə ilə ən yaxın izləyicisini 0,20 saniyə qabaqlayan R.Quliyev yarışın qalibi olub.

Qeyd edək ki, bu nəticə idmançıya Olimpiya lisenziyası qazandırıb. R.Quliyev 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR