Bank Of Baku

“Sabah” serbiyalı legionerlə yollarını ayırıb

“Sabah” serbiyalı legionerlə yollarını ayırıb
# 29 mart 2019 14:06 (UTC +04:00)

Bakının “Sabah” klubu Miloş Bosançiçlə yollarını ayırıb. 

ONA-nın məlumatına görə, serbiyalı legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Cari mövsümdə iki klubda oynamış yarımmüdafiəçi 2018-ci ilin avqustunda “Keşlə”dən “Sabah”a keçmişdi. Sonuncuların heyətində 2 matça çıxan legioner 10 oyunda debütantın formasını geyinib və 1 qola imza atıb.

Qeyd edək ki, M.Bosançiç Azərbaycana gələnədək Çexiyanın “Slovan” klubunda çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR