Bank Of Baku

“Sevilya” Avropa Liqasındakı uğursuzluğa görə baş məşqçisi ilə vidalaşıb

“Sevilya” Avropa Liqasındakı uğursuzluğa görə baş məşqçisi ilə vidalaşıb
# 15 mart 2019 17:37 (UTC +04:00)

İspaniyanın “Sevilya” klubunda baş məşqçi istefası gerçəkləşib. ONA-nın məlumatına görə, La Liqa təmsilçisi Pablo Maçini vəzifəsindən kənarlaşdırıb.

Buna son həftələrdə göstərilən uğursuz nəticələr, xüsusilə də Avropa Liqasında mübarizənin 1/8 finalda dayandırılması səbəb olub. Çexiyanın “Slaviya” klubunu Sevilyada məğlub edə bilməyən (2:2) ispaniyalılar dünənki səfər matçının əlavə vaxtında 3:4 hesabı ilə uduzub.

Bundan başqa, komanda Primerada 27 turdan sonra 6-cı yerdə qərarlaşması da klub rəhbərliyini qane etmir. Baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Xoakin Kaparrosa həvalə edilib.

Qeyd edək ki, istefaya göndərilən P.Maçin “Sevilya”nı 2018-ci ilin mayından çalışdırırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR