Bank Of Baku

“Sumqayıt”ın futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb

“Sumqayıt”ın futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb
# 17 mart 2019 18:04 (UTC +04:00)

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. ONA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq komandanın heyətindən bir futbolçu çıxarılıb.

Belə ki, "Sumqayıt" klubunun üzvü Aleksey İsayev  millinin heyətindən kənarlaşdırılıb. Buna onun zədələnməsi səbəb olub.
 
Qeyd edək ki, millimiz təlim-məşq toplanışına dünən başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR