Bank Of Baku

“Azərreyl” yığmamızın üzvü ilə müqavilə bağlayıb

“Azərreyl” yığmamızın üzvü ilə müqavilə bağlayıb
# 19 sentyabr 2016 10:21 (UTC +04:00)

Bakı – APA. “Azərreyl” növbəti transferi rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “dəmiryolçular” yığmamızın blokçusu Aynur Kərimovanı rənglərinə bağlayıblar.

 

28 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. O, bu kluba sabiq komandası “Azəryol”dan qayıdıb.

 

Karyerası bu 2 klubla bağlı olan Kərimova 2007-ci ildən yığmamızda oynayır.

 

Qeyd edək ki, “Azərreyl” Aynurdan öncə millimizin digər blokçusu Ayşən Abduləzimova və liberosu Ceyran Əliyeva ilə müqavilə bağlamışdı.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR