Bank Of Baku

“Lokomotiv” Azərbaycan çempionu olub

“Lokomotiv” Azərbaycan çempionu olub
# 29 mart 2017 15:27 (UTC +04:00)

Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakının “Lokomotiv” klubu çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib.

 

“Dəmiryolçular” buna Yüksək dəstənin II pley-off mərhələsinin V turunda nail olub. Naxçıvanda keçirilən II dövrənin 2-ci oyun günündə “Neftçi” ilə görüşən “Lokomotiv” 3:1 hesabı ilə qalib gəlib.

 

Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran “dəmiryolçular” bununla da çempion tituluna yiyələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR