Bu gün kişi voleybolçular arasında Avropa Liqasında üçüncü turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Makedoniyada keçirilən ilk mərhələnin A qrupunda yer alan millimiz növbəti matçında Albaniya millisi ilə üz-üzə gəlib.
İlk görüşdə Makedoniyaya 0:3, ikinci matçında isə İsveçə 2:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri ilk mərhələdəki sonuncu matçında Albaniyaya da uduzub. Yığmamızın gücü bu dəfə sadəcə 1 setə çatıb - 1:3.
Bununla da millimiz Makedoniyada keçirilmiş ilk mərhələdə bütün oyunlarından məğlubiyyətlə ayrılaraq sadəcə 1 xal toplamağı bacarıb.
Qrupdakı digər oyunda isə Makedoniya ilə İsveç qarşılaşacaqlar.
Qeyd edək ki, qrupun ikinci mərhələsinin oyunları 23-25 iyun tarixləri arasında Albaniyada keçiriləcək.
Avropa Liqası
III tur
Azərbaycan – Albaniya - 1:3 (22:25, 22:25, 25:17, 10:25)