Bakı-APA. Bu gün qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində II dövrənin ikinci oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, B qrupunda mübarizə aparan Azərbaycan millisi İspaniya ilə qarşılaşıb.
Fransanın Renn şəhərində keçiriləcək V turun oyunu Faiq Qarayevin yetirmələri üçün formal xarakter daşıyırdı. Belə ki, millimiz ilk 4 oyunun hamısında qalib gəldiyinə görə artıq qrup mərhələsini lider kimi tamamlamağı təmin etmişdi.
Bununla belə, voleybolçularımız bu oyunda da qalib gələrək məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Millimiz ilk iki setdə rahat qalib gəlib. Üçüncü setdə "dincələn" komandamız məğlub olsa da, sonuncu həlledici hissədə rəqibə şans verməyib və ümumi hesabda qalib gələrək ispanlara yerini göstərib.
II dövrə, Fransa
11 iyun
Azərbaycan – İspaniya - 3:1 (25:14, 25:19, 14:25, 25:17)
Hakimlər: Paul Herbots (Belçika), Benedikt Qeukes (Almaniya)
Fransa. Renn, “Kollette Besson” Sarayı
|
1 |
Azərbaycan |
5 |
5 |
0 |
15-2 |
413-323 |
15 |
|
2 |
Monteneqro |
4 |
2 |
2 |
6-8 |
299-299 |
5 |
|
3 |
Fransa |
4 |
1 |
3 |
7-11 |
364-379 |
4 |
|
4 |
İspaniya |
5 |
1 |
4 |
7-14 |
400-475 |
3 |
Qeyd edək ki, qrupumuzdakı digər matçda Fransa millisi Monteneqro ilə qarşılaşacaq.