Bank Of Baku

Azərbaycan çempionu “Olimpiakos”la oynayacaq

Azərbaycan çempionu “Olimpiakos”la oynayacaq
# 03 oktyabr 2016 09:47 (UTC +04:00)

Bakı – APA. Azərbaycan çempionu “Azərreyl” yeni mövsümə hazırlığı davam etdirmək üçün Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, bu gün İzmirə yollanan “dəmiryolçular” burada Cengiz Göllünün xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirə də qatılacaqlar.

 

Bakı təmsilçisinin rəqibləri ev sahibi “Bursa Böyükşəhər Bələdiyyəspor”, ənənəvi yarışın son qalibi “Proton” (Rusiya), həmçinin “Olimpiakos” (Yunanıstan) və “Martisa” (Bolqarıstan) klubları olacaq.

 

Oktyabrın 5-də başlayacaq turnir 4 gün davam edəcək. Oyunlar Cengiz Göllü adına idman salonunda təşkil olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR