Bank Of Baku

Azərbaycan yığmasının hücumçusu “Fənərbaxça” ilə müqavilə bağlayıb

Azərbaycan yığmasının hücumçusu “Fənərbaxça” ilə müqavilə bağlayıb
# 24 may 2017 13:47 (UTC +04:00)

Qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimovanın yeni komandasının adı bəlli olub. Apasport.az fanatik.com.tr saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

 

Belə ki, o, “Fənərbaxça” ilə anlaşıb. Yaponiya klubu “Toyota” ilə yollarını ayıran voleybolçu “sarı-lacivərtlilər”lə 1 illik müqaviləyə qol çəkib. “Fənərbaxça” Rəhimova ilə yanaşı, ABŞ-dan olan Karle Lloydu da transfer etdiyi rəsmən açıqlayıb.

 

Qeyd edək ki, 198 sm boya malik olan Polina Rəhimova zərbə anında 324 sm hündürlüyə tullanmağı bacarır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR