Bu gün qadın voleybolçular arasında Avro-2017-də növbəti oyunlar keçirilib.
APA-nın məlumatına görə, “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.
Oyunda 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq qrupla liderliyi ələ keçirib.
***
19:09
Azərbaycanın qadın voleybolçuları və Polşa yığması arasında ikinci set başa çatıb.
APA-nın məlumatına görə, Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazanıb.
***
saat 19.09
Azərbaycanın qadın voleybolçuları və Polşa yığması arasında ilk set başa çatıb.
APA-nın məlumatına görə, Azərbaycan voleybolçuları ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəliblər.
***
saat 19.00
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirir.
APA-nın məlumatına görə, Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşır.
Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.
Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.
Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Komandamızın qrupdakı rəqiblərindən Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.
Hazırda 5 xala malik Polşa qrupda liderdir. Azərbaycan yığmasının 3, Almaniyanın 1 xalı var. İki görüşdən məğlub ayrılan Macarıstan isə xalsızdır.
Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan və Almaniya komandaları qarşılaşacaqlar. Bu görüşə isə saat 20:30-da start veriləcək.