Bank Of Baku

Böyük Britaniyada ilin ən yaxşı idmançısı müəyyənləşib

Böyük Britaniyada ilin ən yaxşı idmançısı müəyyənləşib
# 19 dekabr 2016 02:46 (UTC +04:00)

BBC ənənəvi olaraq Britaniyanın ən yaxşı idmançısının adını açıqlayıb.

 

APA-nın xəbərinə görə, dekabrın 18-də Birmingemdə keçirilən təntənəli mərasimdə 29 yaşlı tennisçi Endi Marrey karyerasında üçüncü dəfə “İlin idmançısı” seçilib.

 

2016-cı ildə E.Marrey tennisçilərin dünya reytinqində 1-ci yerə yüksəlib, Rio-de-Janeyro Yay Olimpiadasının və Uimbldon turnirinin qalibi, Fransa və Avstraliya açıq çempionatlarının finalçısı olub.

 

BBC-nin versiyasına görə “İlin komandası” İngiltərə çempionu “Lester siti” futbol klubu seçilib. “İlin məşqçisi” adına isə adıçəkilən klubun çalışdırıcısı, italiyalı mütəxəssis Klaudio Ranyeri layiq görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR