Kosmosda badminton üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Rusiya Federal Kosmik Agentliyi - Roskosmos, Yaponiya Kosmos Araşdırma Agentliyi - JAXA və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi - NASA-nın əməkdaşları iştirak edib.
Beynəlxalq Badminton Federasiyasının mövcud qaydaları əsasında keçirilən turnirdə iştirakçılar qoşa yarışlarda qüvvələrini sınayıblar. Rəmzi xarakter daşıyan tarixi matçda iştirakçıların xalları hesablanmayıb.