Basketbol üzrə Azərbaycan millisi (U-16) Gürcüstan birinciliyində çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, qonşu ölkə çempionatının III dövrəsində də “Bakı” adı altında oynayan oğlanlardan ibarət komandamız artıq 3 matça çıxıb.
Samit Nuruzadənin rəhbərlik etdiyi yığma ilk görüşünü “Akademiya”ya qarşı keçirib. Təmsilçimiz 40 top fərqi ilə uduzub – 59:99.
“Bakı” ardınca “Dinamo” və “Martvi” ilə üz-üzə gəlib. Basketbolçularımız rəqiblərini müvafiq olaraq 78:41 və 60:48 hesabı ilə məğlub edib.
Komandamız növbəti matçlarda “Zaza1”, “Zaza” və “Suxumi”ni sınağa çəkəcək.
Yığmamız U-18-lər arasında keçirdiyi 14 matçdan cəmi 5-də qələbə qazanıb.