Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 19 yaşlı hücumçu “Bursa Böyükşəhər Bələdiyyəspor” klubu ilə müqaviləsini yeniləyib.
179 sm boya malik Başnakova 1 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, əslən Belarusdan olan Nikalina “Bursa Böyükşəhər Bələdiyyəspor”un əvəzedici komandasına 2015-ci ildə “Azərreyl”in ikinci heyətindən yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın voleybolçusudu.