Nazirlik: Azərbaycanda qeyri-leqal əmək fəaliyyəti əsasən tikinti, nəqliyyat və ticarət sahələrində müşahidə olunur

Nazirlik: Azərbaycanda qeyri-leqal əmək fəaliyyəti əsasən tikinti, nəqliyyat və ticarət sahələrində müşahidə olunur
# 04 fevral 2014 12:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-leqal fəaliyyət göstərmə halları mövcuddur.

İ.İsayev bildirib ki, qeyri-leqal əmək fəaliyyəti əsasən tikinti, ictimai iaşə, nəqliyyat, ticarət sahələrində müşahidə olunur: «Bu da onunla əlaqədardır ki, həmin sahələrdə əmək müqaviləsinin dövriliyi azdır və işçilərin hərəkəti intensivdir. Bunu izləmək isə bir qədər çətindir. Bu səbəbdən də qeyri-leqal fəaliyyətdə əmək müqaviləsindən yayınma halları mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul əhalinin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə elektron informasiya sistemi yaradıldıqdan sonra bu sahələrdə də əmək müqavilələrinin bağlanması göstəricisi yüksələcək və qeyri-leqal fəaliyyətin qarşısının alınması istiqamətində ciddi addımlar atılacaq. Bu sistemin istifadəyə verilməsində əsas məqsəd məhz bundan ibarətdir ki, işçilər əmək müqaviləsi olmadan fəaliyyət göstərməsin, öz hüquqlarını bilsin və tələb etsinlər».

Xidmətin rəisi qeyd edib ki, qeyri-leqal fəaliyyət göstərənlərin dəqiq sayı ilə bağlı Nazirlik tərəfindən müvafiq təhlillər aparılır. Onun sözlərinə görə, təhlillərin nəticəsindən asılı olaraq bu barədə açıqlama veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR