Azərbaycanda İKT sahəsi üzrə güzəştli kredit almaq istəyən sahibkarlar İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna müraciət edə bilər

Azərbaycanda İKT sahəsi üzrə güzəştli kredit almaq istəyən sahibkarlar İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna müraciət edə bilər
# 08 yanvar 2014 13:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu ildən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitlərindən (güzəştli kreditlər şəklində) faydalana biləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sahibkarlar güzəştli kreditlərdən yararlanmaq üçün müvəkkil bank təşkilatlarına müraciət edə bilər.

Müvəkkil banklar qismində isə «Rabitəbank», «Paşa Bank», «Bank Respublika» və «Dəmirbank» ASC çıxış edir.

Qeyd edək ki, kreditlər illik 5% dərəcəsi ilə 10 il müddətinə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR