ABŞ Bəşər Əsədin hakimiyyətdən getməsində israrlıdır

ABŞ Bəşər Əsədin hakimiyyətdən getməsində israrlıdır
# 09 may 2013 00:56 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriyaya dair mövqeyini dəyişməyib və əvvəlki kimi hesab edir ki, prezident Bəşər Əsəd hakimiyyətdən imtina etməlidir. Ağ Evin rəsmi nümayəndəsi Cey Karni belə bir bəyanatla çıxış edib.

«Bizim mövqeyimiz belədir ki, Suriyanın gələcəyində Bəşər Əsədə yer yoxdur. Biz aydın surətdə bildirmişik ki, o legitimliyini itirib və getməlidir», deyə Karni bildirib.

ABŞ dövlət katibi Con Kerri Rusiya tərəfi ilə mayın sonlarında Suriyadakı siyasi dəyişiklikləri inkişaf etdirmək üçün beynəlxalq konfrans çağırmaq barədə razılığa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR