Azərbaycanla Xorvatiya arasında hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb - FOTO

Azərbaycanla Xorvatiya arasında hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb  - <span style="color: red;">FOTO
# 06 fevral 2013 11:45 (UTC +04:00)

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarları və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra qonağın nazirlikdə təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

Geniş tərkibdə keçirilən görüş zamanı nazirlər ölkələrarası hərbi-texniki əməkdaşlığın yaradılması və inkişafı istiqamətində faydalı müzakirələr aparıblar. Nazir Səfər Əbiyev həmkarına regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədən səbəblər və bu günədək Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi barədə ətraflı məlumat verib. O bildirib ki, problem sülh şəraitində həll olunmadığı təqdirdə ordunun imkanlarından istifadə ediləcəyi qaçılmazdır.

Xorvatiyalı qonaq çıxışı zamanı Azərbaycanla hərbi əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Sonda nazirlər hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumunu imzalayıblar.

Görüşdə Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR