Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət oqranı müəyyənləşib

Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət oqranı müəyyənləşib
# 09 iyun 2015 13:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinin Kollegiyası “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Azərbaycan prezidenti İlham Əliyevin 16 mart 2015-ci tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılması ilə əlaqədardır.

Bu qurum yaradılana qədər əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət gösətərən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub, elektron xidmətin göstərilməsinə nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin məsul şəxsi məsuliyyət daşıyıb. Kollegiyanın reqlamentdə etdiyi dəyişikliyə əsasən bundan sonra əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət göstərən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti olacaq, elektron xidmətin göstərilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məsul şəxsi məsuliyyət daşıyacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin 16 mart 2015-ci il tarixli fərmanı ilə yaradılmış Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin vəzifəsi tibbi-sosial ekspert komissiyalarının tibbi etika prinsipinə əsaslanan müayinələri aparmasını təmin etmək, müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli, və ya hissiyyat pozuntularının olmasını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək və tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyi müəyyən olunan şəxsin fərdi reabilitasiya proqramının tərtib olunmasına və icrasına nəzarət etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR