Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
# 14 aprel 2015 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 1,3 və 2,8% bahalaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7% ucuzlaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8% bahalaşıb.

Birillik bitkilərdən buğda, arpa dəni, yerfındığı, xiyar, pomidorun istehsalçı qiyməti bahalaşıb, baş soğan, baş kələm, quru ot, süfrə çuğunduru, kartof, noxud dəninin istehsalçı qiyməti isə ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiyməti ucuzlaşıb, şabalıd, fındıq, qoz, nar, gül şitilinin istehsalçı qiyməti isə bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südü, mal və qoyun əti (diri çəkidə), təbii balın istehsalçı qiyməti bahalaşıb, diri qoyun və keçilər, yumurta, diri ev quşları, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR