İSESCO-nun baş katibi: “Azərbaycan bütün dünya ölkələri üçün parlaq modeldir”

İSESCO-nun baş katibi: “Azərbaycan bütün dünya ölkələri üçün parlaq modeldir”
# 20 may 2015 12:08 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı mayın 15-də Rabat şəhərində yerləşən İSESCO baş qərargahında Dövlət Komitəsi tərəfindən keçirilən beynəlxalq konfrans və sərginin təşkilinə verdiyi dəstəyə görə Ə. Əl-Tüveycriyə öz minnətdarlığını bildirib.

O qeyd edib ki, istər İSESCO-nun, istər də şəxsən Əbdüləziz bin Osman əl -Tüveycrinin Azərbaycanla, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var.

Dövlət Komitəsinin fəaliyyəti haqda danışan M. Qurbanlı dini maarifləndirmə sahəsində görülən işlərdən bəhs edib. O bildirib ki, ölkə prezidenti İlham Əliyev təhsil və maarifləndirmə işinə xüsusi diqqət yetirir və Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışda da bu məsələni xüsusi qeyd edib. “Məhz bu amil hər bir ölkədə ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı mübarizə aparmağın ən effektli yoludur”, - deyə o vurğulayıb.

Dövlət Komitəsinin sədri bildirib ki, dövlətin din siyasətini həyata keçirən qurum kimi, məhz bu prinsipi rəhbər tutaraq fəaliyyətində maarifçilik işinə xüsusi önəm verir.

Səmimi qəbula görə M. Qurbanlıya təşəkkür edən Ə. Əl-Tüveycri ölkəmizi çox sevdiyini, Azərbaycanın yaxından dostu olduğunu məmnunluqla qeyd edib və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını özünə borc bildiyini vurğulayıb. O, İ. Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi inkişaf yolunu təqdir etdiyini, Azərbaycanın bütün dünya ölkələrinə parlaq model olduğunu və bunun dünyaya nümayiş etdirmənin zəruriliyini vurğulayıb.

İSESCO-nun baş katibi Dövlət Komitəsi ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin, üzv dövlətlərlə birgə layihələr həyata keçirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı ölkəmizin tolerantlıq və multikulturalizm ənənələri yönündə nümunə olduğu, İSESCO ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi, eyni zamanda, birgə fəaliyyətin nəticəsi kimi İslamın dostluq, həmrəylik və birgəyaşayış dini olduğunun dünyaya çatdırılmasının vacibliyi ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR