Azərbaycan Horadiz-Aslandüz keçid məntəqəsinin bərpası ilə bağlı İrana müraciət edib

Azərbaycan Horadiz-Aslandüz keçid məntəqəsinin bərpası ilə bağlı İrana müraciət edib
# 22 aprel 2013 13:52 (UTC +04:00)

«APA-Economics»in məoumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, bu məsələ ötən həftənin sonunda DGK rəhbərinin İran səfiri ilə keçirdiyi görüşündə müzakirə olunub: «Müzakirə mövzularından biri də sərhədlərin 24 saat işləməsi ilə bağlı olub».

A.Əliyev qeyd edib ki, belə qərar qəbul edilərsə, DGK bunu həyata keçirməyə hazırdır: «Gömrük icraedici orqandır, yəni qərar qəbul edilsə ki, keçid 24 saat işləsin, bunu etmək üçün bu gün də imkanlarımız var».


İran səfiri ilə müzakirə olunan əsas məsələlərdən biri də Horadiz-Aslandüz keçid məntəqəsinin bərpası ilə bağlı olub: «Səfir bu məsələni qaldıracağına söz verib. Bu keçid məntəqəsi cəbhə bölgəsinə yaxın olduğuna görə, onun işini bərpa etməsi bizim üçün vacibdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR