İsveçrədə Con Kerri və Məhəmməd Zərif arasında görüş olub

İsveçrədə Con Kerri və Məhəmməd Zərif arasında görüş olub
# 02 mart 2015 19:50 (UTC +04:00)

Bakı-APA. İsveçrənin Montryo şəhərində ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri Con Kerri və Məhəmməd Zərif arasında görüş olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İranın nüvə proqramına həsr olunmuş görüşdə İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi, İran xarici işlər nazirinin müavinləri Abbas Araqçı və Məcid Rəvançı, İran prezidentinin xüsusi elçisi Hüseyn Fereydun, ABŞ Energetika naziri Ernest Moniz, ABŞ Dövlət katibinin müavini Uendi Şerman və Avropa İttifaqının nümayəndəsi Helqa Şmidt iştirak ediblər.

Bundan əvvəl Məhəmməd Zərif növbəti müzakirələrdə mühüm irəliləyişin əldə edilməsinə səy göstərəcəyini bildirmişdi. Hər-hansı bir razılaşmanın əldə olunması barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR