“İqtisadçı” “Qalatasaray” üzərində qələbə qazanıb

“İqtisadçı” “Qalatasaray” üzərində qələbə qazanıb
# 13 fevral 2013 08:40 (UTC +04:00)

Bakı – APA. Türkiyədə təlim-məşq toplanışında olan “İqtisadçı” voleybol klubu ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “Qalatasaray”la qarşılaşıb.


Oyun komandamızın qələbəsi ilə yekunlaşıb. “İqtisadçı” adlı-sanlı rəqibinə 3:1 (19:25, 25:17, 25:20, 25:14) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar bu gün bir daha güclərini yoxlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR