Böyük Britaniya xarici işlər nazirinin müavini: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas məsələ gözlənilməz hadisələrin baş verməməsidir”

Böyük Britaniya xarici işlər nazirinin müavini: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas məsələ gözlənilməz hadisələrin baş verməməsidir”
# 14 mart 2013 14:25 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Ermənistan hökumətinin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı planlarından xəbərim yoxdur, amma bilirəm ki, bu barədə narahatlıqlar var”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Diplomatik Akademiyasında keçirilən brifinqdə Böyük Britaniya xarici işlər nazirinin müavini, diplomatik xidmətin rəhbəri Saymon Freyzer bildirib.

S. Freyzer qeyd edib ki, bu yaxınlarda İrəvana səfər zamanı keçirdiyi görüşlər zamanı bu məsələni qaldırıb: “Düşünürəm ki, vacib olan məsələ yaranmış vəziyyətdə gözlənilməz hadisələrin baş verməməsidir”.

Britaniya XİN rəhbərinin müavini həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun sözlərinə görə, bu uzunmüddətli münaqişə hər iki ölkəyə öz təsirini göstərir: “Bilirəm ki, bu məsələ Azərbaycan üçün çox vacibdir. Münaqişənin həlli üzrə beynəlxalq qrup var və onlar prosesi davam etdirir. Mən bu qrupun fəaliyyətini dəstəkləyirəm. Düşünürəm ki, bu, son nəticədə tərəflərin hər ikisinin iradəsinə bağlı olan məsələdir, sadəcə, beynəlxalq ictimaiyyət problemin sülh yolu ilə həllinə öz dəstəyini verməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR