Azərbaycan Dövlət Neft Fondu Rusiyaya investisiya yatıracaq

Azərbaycan Dövlət Neft Fondu Rusiyaya investisiya yatıracaq
# 23 iyul 2012 14:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Rusiya rubluna investisiya yatırmağa başlayacaq.

APA-Economics”in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, rus rubluna ediləcək investisiyaların həcmi təqribən 450-500 mln. dollar təşkil edəcək: “Artıq bununla bağlı ARDNF nümayəndələri Rusiyaya səfər edərək ölkənin dövlət və maliyyə orqanları ilə müxtəlif görüşlər keçirib. Rusiyanın yerli bankları ilə əlaqələr qurulub və hazırda alqı-satqı əməliyyatlarının həyata keçirilməsi üçün hesabların açılmasına dair danışıqlar aparılır. Yaxın zamanda hesabların açılması planlaşdırılır, bundan sonra ilkin mərhələ kimi Rusiya rublunun alınaraq Rusiyanın yerli banklarında qısamüddətli depozitlərə yerləşdirilməsi, növbəti mərhələdə isə həmçinin Rusiya rublunda olan qiymətli kağızlara investisiya etmək planlaşdırılır”.

Ş.Mövsümov qeyd edib ki, ARDNF valyuta ehtiyatlarının diversifikasiyası məqsədilə iyul ayında 200 mln. Avstraliya dolları alaraq Avstraliyanın dövlət istiqrazlarına yatırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR