Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan güləşçisi dünya çempionu oldu
# 04 sentyabr 2012 14:24 (UTC +04:00)
Bakı – APA. TaIlandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, birinciliyin ilk günü Azərbaycan yığması uçun uğurlu olub.

Belə ki, yunan-Roma güləşçilərinin mübarizəsində 50 kq çəki dərəcəsində millimizin üzvü Murad Bazarov dünya çempionu adını qazanıb.

O, “qızıl”a gedən yolda irlandiyalı Aşkan Həsən Qolikiani (1:0; 4:0), koreyalı Hyeok Jin Jeonu (1:0; 4:0), türkiyəli Tolqahan Karataşı (1:0, 2:0) və israilli Andrey Tsaryuku (0:2, 1:0, 1:0) yarışdan kənarlaşdırıb.

Həlledici görüşdə təmsilçimizin rəqibi rusiyalı Artur Labazanov olub. Yeniyetmələrin I Sinqapur Olimpiadasının qalibi Bazarov ilk hissəni 0:1 hesabı ilə uduzsa da, ardıcıl – 2:0 və 1:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Təəssüf ki, ondan fərqli, bu gün döşəyə çıxan digər yunan-Roma güləşçilərimiz – Rövşən Tağıyev (50 kq), Şamil Ertuqanov (74 kq) və Abas Abdullayev (96 kq) mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, birincilik sentyabrın 11-nə kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR