“Eurovision”un birbaşa finalında çıxış edəcək «böyük beşlik» təmsilçilərinin məşqi başlayıb

“Eurovision”un birbaşa finalında çıxış edəcək «böyük beşlik» təmsilçilərinin məşqi başlayıb
# 19 may 2012 13:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» mahnı müsabiqəsi çərçivəsində birbaşa mayın 26-da keçiriləcək finalda «Baku Crystal Hall» səhnəsində çıxış edəcək “böyük beşlik” ölkələrinin məşqi başlanılıb. APA-nın məlumatına görə, ilk əvvəl səhnəyə Almaniyanın təmsilçisi və müsabiqənin favoritləri arasında olan Roman Lob çıxıb. O, müsabiqə mahnısı «Standing Still»i ifa edib.

Fransanın təmsilçisi Anqun da «You and İ» mahnısı ilə ilk məşqini edib. «Baku Crystal Hall» səhnəsində 4 dəfə müsabiqə mahnısını ifa edən Anqun, maraqlı səhnə görkəmi ilə yadda qalıb. Bu yarışma üçün yaddaqalan şou hazırlayan Fransa təmsilçisini ifası zamanı beş rəqqas müşayiət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR