Sabir Rüstəmxanlı TBMM-in sədr müavini Meral Akşenerin oğlunun toyunda iştirak edib

Sabir Rüstəmxanlı TBMM-in sədr müavini Meral Akşenerin oğlunun toyunda iştirak edib
# 03 sentyabr 2012 11:53 (UTC +04:00)
Bakı-APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı hazırda İstanbuldadır. VHP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 1-də S.Rüstəmxanlı Türkiyənin tanınmış ictimai-siyasi xadimlərindən olan keçmiş daxili işlər naziri, Milliyyətçi Hərəkat Partiyasından millət vəkili, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Meral Akşenerin oğlunun toy məclisində iştirak edib.

İstanbulun Bəyoğlu sarayında keçirilən toyda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Cəmil Çiçək, MHP başqanı Dövlət Baxçalı da daxil olmaqla qardaş ölkənin bir çox rəsmisi, nazirlər, hökumət nümayəndələri, millət vəkilləri, İstanbulun siyasət və mədəniyyət elitası iştirak edib. Sabir Rüstəmxanlı və xanımı toyda Türkiyənin bir sıra hökumət nümayəndələri, AKP və MHP rəhbərliyi, millət vəkilləri ilə görüşüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR