Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTOSESSİYA

Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - <font color=red>FOTOSESSİYA</font>
# 08 may 2012 08:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, ziyarətçilər arasında Şuşa İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, icmanın, Qarabağ Azadlıq Təşkilatının üzvləri, Şuşa ictimaiyyətinin, siyasi partiyaların, birliklərin nümayəndələri olub. Şəhidlərin ruhuna dualar oxunub.

Bayram Səfərov Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini qeyd edərək, işğalçı rejimin işğal olunmuş ərazilərin, Dağlıq Qarabağın, Şuşanın işğalda azad olunması üçün heç bir addım atmadığını deyib. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Azərbaycanın işğal altında olan bütün torpaqlarını, o cümlədən Şuşanı işğaldan azad edəcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR