Azərbaycanda torpaq sürüşməsi olub, bir nəfər ölüb

Azərbaycanda torpaq sürüşməsi olub, bir nəfər ölüb
# 24 sentyabr 2012 09:01 (UTC +04:00)
İsmayıllı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 23-də "K.E-İnşaat" MMC tərəfindən İsmayıllı şəhəri ərazisində kanalizasiya xətti çəkilərkən baş verib.

Kanalizasiya xətti üçün xəndək qazılarkən torpaq sürüşməsi baş verib, orada fəhlə işləyən şəhər sakini Tacir Əkbərov torpaq qatının altında qalıb. Koma halında xəstəxanaya çatdırılan T. Əkbərovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR