Qərbi Avropa İttifaqı Assambleyası Siyasi Komitəsinin üzvləri Azərbaycana gələcəklər

Qərbi Avropa İttifaqı Assambleyası Siyasi Komitəsinin üzvləri Azərbaycana gələcəklər
# 12 sentyabr 2008 08:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Komitəsinin üzvləri sentyabrın 14-də Bakıya gələcəklər. Azərbaycan parlamentinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər “Xəzər dənizi və Avropanın təhlükəsizliyi” adlı məruzənin hazırlanması məqsədi ilə həyata keçirilir.
Komitənin ispaniyalı sədri Pedro Agramuntun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Polşa, Almaniya, Çexiya, Belçika və Yunanıstandan olan komitə üzvləri daxildir. Assambleya üzvlərinin Bakıda bir sıra görüşləri nəzərdə tutulur.
Qonaqlar sentyabrın 16-da parlamentdə olacaq, deputatlar, yerli ekspertlər və analitiklərlə dəyirmi masa keçirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR