Adam öldürməkdə təqsirləndirilən tələbənin məhkəməsi başlayıb

Adam öldürməkdə təqsirləndirilən tələbənin məhkəməsi başlayıb
# 12 sentyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Beynəlxalq Universitetin (ABU) tələbəsi Şəmsi Quliyevin cinayət işi üzrə məhkəmə prosesinə hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi prosesdə məhkəmə baxışının vaxtı sentyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, ABU-nun hüquq fakültəsinin 4-cü kurs tələbəsi Ş. Quliyev bu ilin mayın 25-də bacısını qaçıran Valid Babayevi bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR