AŞ PA-nın 24 üzvü Rusiya nümayəndə heyətinin mandatına yenidən baxılmasını tələb edir

AŞ PA-nın 24 üzvü Rusiya nümayəndə heyətinin mandatına yenidən baxılmasını tələb edir
# 13 sentyabr 2008 11:18 (UTC +04:00)
Strasburq – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 24 üzvü Rusiya nümayəndə heyətinin mandatına yenidən baxılmasını tələb edib. APA-nın məlumatına görə, assambleyanın sentyabrın 29-dan oktyabrın 3-ə qədər keçiriləcək növbəti plenar sessiyasına müraciət edən AŞ PA üzvləri Cənubi Qafqazda baş verənlərdən narahat olduqlarını bildiriblər: “Avropa Şurasının Nizamnaməsinin Preambulasında əks olunan əsas prinsiplərin ciddi şəkildə pozulduğunu əsas gətirərək, biz, aşağıda imza edənlər, Avropa Şurasının iki üzvi arasında Cənubi Qafqazda baş verən münaqişədən dərin narahatlıq duyduğumuzu bildirir və Rusiya nümayəndə heyətinin qurumda təsdiqlənmiş mandatına yenidən baxılmasını xahiş edirik”.

Müraciət sessiyanın ilk günündə müvafiq komitəyə təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR