13 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb

13 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb
# 15 sentyabr 2008 15:55 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov – APA. Şirvan şəhərində 13 yaşlı uşağı elektrik cərəyanı vurub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində M. Mirzəyev küçəsi 4 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Hümbətov Orxan Vidadi oğlu bu gün saat 17.00 radələrində elektrik dirəyinə çıxarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR